Sumqayıtda baş verən qəzada ölən və yaralananlar var

Sumqayıtda baş verən qəzada ölən və yaralananlar var

4 Avqust 2015 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 3-də saat 18.00 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Fərrux Əliyevin idarə etdiyi "VAZ-21015" və Bakı şəhər sakini Niyaz İsayevin idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub. Nəticədə F. Əliyevin sərnişini Vəfadar Ələkbərov hadisə yerində ölüb, N. İsayev və sərnişini İlqar Hüseynov isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mediainfo.az