Avtomobildən 20.000 manat və 74.500 dollar oğurlanıb

Avtomobildən 20.000 manat və 74.500 dollar oğurlanıb

13 İyul 2011 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

Nərimanov RPİ 18-ci PB və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 305-ci maddəsi ilə axtarışda olduğuna görə tutulmuş Hüseyn Xanverdiyevin ətrafında apardıqları əməliyyat tədbirləri nəticəsində onun, Ruslan Əkbərova məxsus "Toyota Corolla" markalı avtomaşından 20.000 manat və 74.500 dollar oğurlaması da müəyyən edilib. Faktla bağlı cinayət işi qaldırılıb.

Qanun pul oğurlayanın azadlığını oğurladı.

Tofiq Əliyev

O.M.