Paytaxtda ər-arvad qətlə yetirilib

Paytaxtda ər-arvad qətlə yetirilib

12 İyul 2011 17:26
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtın Nərimanov rayonunda dəhşətli qətl törədilib. Ağa Nemətulla küçəsi ev 62, mənzil 16 ünvanında qeydə alınıb. Sözügedən mənzildə yaşayan şəxslərin öldürülməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında həmin ünvana əməliyyat qrupu çıxıb. Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, adıçəkilən ünvanda yaşayanlar - 80 yaşlı Cabbar Əkbərov və onun həyat yoldaşı, 76 yaşlı Telli Cabbarova bıçaqlanaraq xüsusi amansızlıqla qətlə yetiriliblər. Hadisənin kimin tərəfindən törədildiyi məlum deyil. İlkin məlumata görə, hadisə tamah məqsədi ilə törədilib. Baş vermiş hadisə ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı şəhər Prokurorluğunun yüksək rütbəli əməkdaşları hadisə yerinə gəliblər. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Adi məişət əşyası olan bıçaq hərdən qeyri-dinc məqsədlərlə istifadə olunur.

Tofiq Əliyev

O.M.