Saxta əsginasları dövriyyəyə buraxmaq istəyənlər tutuldu
Külli miqdarda saxta əsginası dövriyyəyə buraxmaq istəyən dəstə ifşa olunub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, metronun "Məşədi Əzizbəyov" stansiyasının yaxınlığında Cəlilabad şəhər sakini Səxavət İsmayılov, Bakı şəhər sakinləri Kamran Ələkbərov, Mirzəbala Ağayev və Bəhruz Bayramov 600 ədəd 100 manatlıq saxta əsginası 20 000 ABŞ dollarına satarkən tutulub. Faktla bağlı araşdırma aparılır.
Artıq tamah baş yardı.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər