Ata oğlunu qətlə yetirdi

Ata oğlunu qətlə yetirdi

12 İyul 2011 12:40
Bəyəndim (0) Bəyənmədim (0)

Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, hadisə iyulun 11-də, saat 23:00 radələrində Bərdə rayon Kələntərli kəndində qeydə alınıb. Kənd sakini, 1941-ci il təvəllüdlü Rzayev Mərkəz Salman oğlu ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı oğlu, 1976-cı ildə anadan olmuş Elşən Rzayevə yaşadığı evdə üstündə gəzdirdiyi bıçaqla xəsarət yetirib, nəticədə sonuncu aldığı xəsarətlərdən Bərdə Şəhər Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb. Rayon Prokurorluğu və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Mərkəz Rzayev tutularaq istintaqa cəlb edilib. M. Rzayev tutulan zaman cinayətin aləti olan bıçağı təqdim edib və şübhəli şəxs qismində dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Həyat verdiyi övladının həyatına son qoydu.

Tofiq Əliyev

O.M.