Bu gün Bakıda ofisə silahlı basqın olub

Bu gün Bakıda ofisə silahlı basqın olub

11 İyul 2011 16:38
936
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı şəhəri, Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən yüksək mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşən ofisə silahlı basqın olub. Şahidlərin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Hazırda Nərimanov rayon polis idarəsi, prokurorluq əməkdaşları, Bakı Şəhər Baş prokurorluğunun yüksək rütbəli nümayəndələri hadisə yerində araşdırma aparırlar. Hadisəni törədən şəxsin və ya şəxslərin kimliyi araşdırılır. Məlumatlara görə, adıçəkilən ofis tikinti şirkətlərindən birinə məxsus olub. İlkin ehtimala görə, yaralanan da ofisin sahibi İbrahim, ölən isə onun müavini Əflatun adlı şəxsdir.

Tofiq Əliyev

O.M.