Neftçala sakini arvadını və qızını güllələdi

Neftçala sakini arvadını və qızını güllələdi

11 İyul 2011 15:03
Bəyəndim (0) Bəyənmədim (0)

Neftçala rayonunun Bankə qəsəbəsində bədbəxt hadisəsi baş verib. Qəsəbə sakini Davud Fərzəliyev evində ehtiyatsızlıqdan ov tüfəngindən atəş açaraq həyat yoldaşı Züleyxaya və qızı Kəmaləyə xəsarət yetirib. Züleyxa və Kəmalə xəstəxanaya yerləşdirilib. Neftçala rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisə yerindən müvafiq sənədləri olmayan 1 ədəd nömrəsi silinmiş ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.

Ehtiyatsızlıq hərdən ağır nəticələrə səbəb olur.

Tofiq Əliyev

O.M.