Qardaşların bıçaqlaşmasının səbəbi məlum oldu

Qardaşların bıçaqlaşmasının səbəbi məlum oldu

2 İyul 2015 15:02
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Bakının Sabunçu rayonunda iki qardaş arasında bıçaqlanma ilə nəticələnən davanın səbəbləri məlum olub.

ANS-in məlumatına görə, Mahir Piriyev hadisə yerindən qaçsa da, polis onunla əlaqə yarada və saxlaya bilib. Qeyd edək ki, qanlı hadisə qardaşların ata mülkündə, həyətdə baş verib. Mübahisəyə isə Qafarın qardaşına pul borcu olması səbəb olub.

İki qardaş elə borc üstündə uzun zamandır bir-birilərilə danışmırlarmış. Dünən gecə isə qardaşlar aralarındakı narazılığa son qoymaq qərarına gəliblər. Söhbət zamanı Mahir borcunu qaytarmayan qardaşını qanına qəltan edib. Qardaşlardan biri, Qafar Piriyev evlidir və 2 övladı var. Onun qardaşı isə subaydır.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Mediainfo.az