Qonşu qonşunu qətlə yetirdi

Qonşu qonşunu qətlə yetirdi

11 İyul 2011 12:58
Bəyəndim (0) Bəyənmədim (0)

Xırdalan şəhəri, Ruhulla Axundov küçəsi, ev 6-da qətl törədilib. Həmin ünvanda yaşayan 1969-cu il təvəllüdlü Gündüz Məmmədov qonşusu, 1975-ci il təvəllüdlü Vüqar Məmmədovu bıçaqlayıb. V. Məmmədov aldığı çoxsaylı bıçaq xəsarətlərindən yerindəcə dünyasını dəyişib. Hadisəni törədən Gündüz Məmmədov saxlanılıb. O, ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyi bildirib. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Dinc məqsədlərlə istifadəsi nəzərdə tutulan bıçaqdan qeyri-dinc məqsədlə istifadə edildi.

Tofiq Əliyev

O.M.