İki nəfəri bıçaqlayan şəxs axtarışdadır

İki nəfəri bıçaqlayan şəxs axtarışdadır

2 İyul 2015 13:45
Bəyəndim (0) Bəyənmədim (0)

Xətai rayonu, Naximov küçəsi 100-ün qarşısında cinayət hadisəsi qeydə alınıb. Belə ki, Nicat adlı şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Elşən Xanpaşa oğlu Rəhimovu və onun qohumu, 1988-ci il təvəllüdlü Abuzər Əziz oğlu Məmmədovu bıçaqlayıb. Hər iki şəxs müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hazırda polis hadisəni törədən şəxsin tutulması istiqamətində iş aparır.

Mediainfo.az