"Zaman-Azərbaycan" qəzetinin əməkdaşı qəzada ölüb - FOTO

"Zaman-Azərbaycan" qəzetinin əməkdaşı qəzada ölüb - FOTO

2 İyul 2015 10:33
Bəyəndim (0) Bəyənmədim (0)
Anar Əsədullayevin maşını ələ gəlməyib...

Bu gün Bakı-Sumqayıt yolunun 6-cı kilometrliyində, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında avtoqəza hadisəsi qeydə alınıb.

"VAZ-2106" markalı, 10 RX 385 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə maşın daş yolayrıcına çırpılıb. Qəza zamanı avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü Cavid Əsədullayev hadisə yerində dünyasını dəyişib. Sürücünün meyitini deformasiyaya uğramış avtomobildən çıxarmaq mümkün olmadığından, hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Cavid Əsədullayevin meyiti xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.

Qeyd edək ki, 29 yaşlı Cavid Əsədullayev "Zaman-Azərbaycan" qəzetinin əməkdaşıdır. Qəzetin baş redaktoru Anar Qaraxancallı bildirib ki, o, "Zaman-Azərbaycan" MMC-nin yayım şöbəsinin poçtalyonu olub. (apa)

Allah rəhmət eləsin!

Mediainfo.az