Mənzilləri ayrı-ayrı şəxslərə satan tikinti rəhbəri axtarışa verildi! - FOTO

Mənzilləri ayrı-ayrı şəxslərə satan tikinti rəhbəri axtarışa verildi! - FOTO

1 İyul 2015 12:49
Bəyəndim (0) Bəyənmədim (0)
Külli miqdarda ziyan vuraraq dələduzluq etmiş İmran Hüseynov aradan çıxıb

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, "RUM" Mənzil Tikinti Kooperativinin direktoru, 1952-ci il təvəllüdlü Hüseynov İmran Bünyad oğlu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

Qeyd edək ki, İ. Hüseynov Bakıda çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla 185 min 550 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməkdə günahlandırılır.

2015-ci ilin fevralında Baş Prokurorluq İ. Hüseynovun qanunsuz əməlləri və tutulması barədə məlumat yayıb. Bakı şəhər Baş Polis İdarəsi isə İ. Hüseynovun yenidən axtarışda olması barədə məlumat yayıb.

Mediainfo.az