Həbsxanadan 1200 dustaq qaçıb

Həbsxanadan 1200 dustaq qaçıb

1 İyul 2015 01:04
Bəyəndim (0) Bəyənmədim (0)

Yəmənin Tais şəhərində həbsxanadan, "Əl Qaidə" terror təşkilatının silahlıları daxil olmaqla, 1200 dustaq qaçıb.

Apa-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, insident Taiş şəhər həbsxanası qarşısında baş vermiş toqquşmalar zamanı baş verib.

Yerli mənbələrə əsasən, yerli "Əl-Qaidə" tərəfdarları həbsxanaya hücum edib. Yəmənin təhlükəsizlik xidmətinin nümayəndəsi dustaqların kütləvi şəkildə həbsxanadan qaçmasını təsdiqləyib.

Mediainfo.az