Ər qeyri-rəsmi arvadını boğaraq öldürdü

Ər qeyri-rəsmi arvadını boğaraq öldürdü

8 İyul 2011 11:51
Bəyəndim (0) Bəyənmədim (0)

İmişli rayonunun Cahar kəndi yaxınlığındakı meşə massivində qətl törədilib. Rayonun Bəhramtəpə qəsəbə sakini, 1986-cı il təvəllüdlü Elnarə Nəsirovanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Həyata keçirilən araşdırmalar zamanı məlum olub ki, mərhum, qeyri-rəsmi nikahda yaşadığı, 1982-ci il təvəllüdlü Mənsur Əhmədov tərəfindən boğularaq qətlə yetirilib. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. Baş vermiş hadisə ilə bağlı İmişli Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb. Hazırda qətli törədən M. Əhmədovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qadınlar qısqanclığı bağışlamırlar, onun olmamasını isə heç bağışlamırlar. Bu hiss ifrata varanda isə ağır nəticələrə səbəb olur.

Tofiq Əliyev

O.M.