Çin vətəndaşlarından ibarət mütəşəkkil dəstə üzvlərinə cəza

Çin vətəndaşlarından ibarət mütəşəkkil dəstə üzvlərinə cəza

7 İyul 2011 17:53
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cəza Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Çin vətəndaşlarından ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib. APA-nın məlumatına görə, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı məhkəmə zamanı ağır cinayətdə təqsirləndirilən Çin vətəndaşlarının məhkəmə zamanı cinayətlərinin sübuta yetirildiyi qənaətinə gəlib. Prokuror Ci Fonq Pinq, Hu Ye, Vanq Li Yonq 14 il, Vanq Konq Yonq, Yu Çanq Bin, Jhen Go Van, Jhen Si Hun 13 il, Yu Huen 12 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib. Məhkəmə iyulun 12-də müdafiə tərəfinin çıxışı ilə davam etdiriləcək.

İttihama görə, cinayət hadisəsi 2010-cu il yanvarın 6-da baş verib. Qaradağ rayonu, Lökbatan qəsəbəsində kirayədə yaşayan, Çin Xalq Respublikası vətəndaşı, xanım Zhanq Yaogin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək, həmin gün saat 02:00 radələrində həyat yoldaşı Zhanq Venlinin Bakının 8-ci km qəsəbəsində özünə məxsus "Opel Astra" markalı avtomaşını ilə birlikdə naməlum şəxslər tərəfindən oğurlanması və azadlığa buraxılması müqabilində 300 min ABŞ dolları tələb olunması barədə məlumat verib. Müəyyən olunub ki, Zhanq Venlin yanvarın 5-də axşam həyat yoldaşı ilə birlikdə Nizami rayonun 8-ci km qəsəbəsində yaşayan həmyerlisi Li Vinin evinə qonaq gedib. Təxminən saat 02:00 radələrində o, həyətə çıxıb və geri qayıtmayıb. Ertəsi gün saat 9:30 radələrində Zhanq Venlinə məxsus mobil telefonundan onun həyat yoldaşına zəng vuran naməlum şəxslər onun Çin vətəndaşları tərəfindən oğurlandığı bildirilib və azadlığa buraxılması müqabilində 300 min ABŞ dolları tələb ediblər. Naməlum şəxslər bununla bağlı polisə xəbər veriləcəyi və pulun ödənilməyəcəyi təqdirdə Zhanq Venlini öldürəcəklərini deyiblər. Yanvarın 7-də Zhanq Venlinin kəsilmiş barmağının yaşadığı evin həyətinə atıblar. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Çin vətəndaşları saxlanılıblar.

Sapı özündən olan "kitayskiy" balta.

Tofiq Əliyev

O.M.