Paytaxtdakı evlərindən birinə silahlı basqın: 30 min manatlıq qızıl aparılıb

Paytaxtdakı evlərindən birinə silahlı basqın: 30 min manatlıq qızıl aparılıb

5 İyul 2011 16:13
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 15.00 radələrində Bakının Xətai rayonu, Neapol küçəsi ev-5, mənzil 6 ünvanında mənzilə silahlı basqın olunub. İki nəfər maskalı naməlum şəxs "Makarov" tipli silahla mənzilə girərək evin sahibəsi Qızılgül Əliyevanı və onun azyaşlı uşağını ölümlə hədələyərək evdəki pulların və qızılların yerini soruşublar. Şahidlərin sözlərinə görə, oğrular evdən 30 min manatlıq qızıl-zinət əşyası, 65 min manata yaxın pulu götürərək ərazini tərk ediblər. Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsindən ANS PRESS-ə bildiriblər ki, hazırda hadisə baş verən əraziyə polis bölməsinin rəhbərliyi və İdarənin müstəntiqləri gedərək ilkin araşdırmalara başlayıblar.

Qızılgül Əliyevanın qızılları oğurlandı.

Tofiq Əliyev

O.M.