
Yakutsk şəhərində güclü yanğın baş verib
Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, Rusiya Federasiyasının Saxa Respublikasının paytaxtı Yakutsk şəhərində güclü yanğın baş verib. Hadisə Tiksi yaşayış məntəqəsi yaxınlığında yerləşən hava limanında qeydə alınıb. Nəticədə, hava limanının aviasiya-texniki bazasının binası dağılıb. Yanğının ümumi sahəsi 756 kv.m olub. Tələfat və xəsarət alan yoxdur. Yanğının başvermə səbəbləri məlum deyil. Araşdırma aparılır.
O.M.
Digər xəbərlər