Adam güllələyənin məhkəməsi başlayıb

Adam güllələyənin məhkəməsi başlayıb

30 Aprel 2015 15:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Xəqani Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası mayın 6-na təyin edilib.

Qeyd edək ki, Xəqani Şükürov münaqişə zəminində tanışı Kamal Qurbanovu güllələyərək qətlə yetirib. İlkin dindirmə zamanı X. Şükürov evinin qarşısında K. Qurbanovun söyüşlə danışdığını, buna görə də onu öldürdüyünü deyib.

Mediainfo.az