Atasının 8 min manatını oğurladı

Atasının 8 min manatını oğurladı

30 Aprel 2015 13:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda oğurluq hadisəsi törədən şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 36-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, aprelin 28-də saat 12.00 radələrində İqbal Həmidovun Zığ yolu küçəsində yerləşən evindən, açar seçmə yolu ilə 8000 manat oğurlamaqda şübhəli bilinən, həmin ünvanda yaşayan oğlu, 1991-ci il təvəllüdlü Vüsal İqbal oğlu Həmidov saxlanılıb.

Mediainfo.az