Türkiyədə daha bir silahlı hücum

Türkiyədə daha bir silahlı hücum

29 Aprel 2015 15:12
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Ankara şəhərində Poçt və Teleqraf Təşkilatı baş idarəsinə silahlı hücum olub.

Türkiyə KİV-ləri xəbər verir ki, içəri daxil olan silahlı şəxs bir nəfəri yaralayıb, bir nəfəri isə girov götürüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Davam edən danışıqlardan sonra silahlı şəxs polisə təslim olub və şöbəyə aparılıb.

Mediainfo.az