Bakıda tikintidə daha bir ölüm faktı qeydə alınıb

Bakıda tikintidə daha bir ölüm faktı qeydə alınıb

29 Aprel 2015 13:29
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, aprelin 28-də Suraxanı rayonunun Hövsan qəsəbəsində ölüm faktı qeydə alınıb.

Qəsəbədə inşa edilən binada fəhlə işləyən Bakı şəhər sakini Elmir Kazımov 4-cü mərtəbədən yıxılıb. Fəhlə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilən E.Kazımov orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az