Musavat Partiyası başqanının müavinin məhkəmə prosesi mayın 6-a qaldı

Musavat Partiyası başqanının müavinin məhkəmə prosesi mayın 6-a qaldı

29 Aprel 2015 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Musavat Partiyası başqanının müavini Fərəc Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə dövlət ittihamçısı çıxış edərək, F. Kərimlinin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses mayın 6-da davam etdiriləcək. Həmin gün təqsirləndirilən şəxsin vəkili çıxış edəcək.

Qeyd edək ki, F. Kərimli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsinə əsasən ittiham edilir.

Mediainfo.az