
Azərbaycan şirkətlərini soyan əcnəbini İnterpol axtarır - FOTO
Azərbaycanda bəzi şirkətlərin hesabından külli miqdarda pul oğurlayan nigerli haker barəsində İnterpol xətti ilə axtarış elan edilib. Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, Niger vətəndaşı, 33 yaşlı Alusula Adilxan Adicokon kompüter sistemi və elektron-kompüter xidmət qaydalarının pozulması, kompüter sistemlərinə qanunsuz müdaxilə və oğurluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.
Mediainfo.az
Digər xəbərlər