Rusiya vətəndaşını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Rusiya vətəndaşını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

28 Aprel 2015 12:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Eldar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmənin hökmü ilə E. Hüseynov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Eldar Hüseynov münaqişə zəminində Rusiya vətəndaşı Xaron Şahiyevi bıçaqla qətlə yetirərək meyiti basdırıb. Aparılan əməliyyat tədbirləri nəticəsində E. Hüseynov tutulub. Xaron Şahiyevin meyiti ekskumasiya edilib.

Mediainfo.az