
"İçərişəhər"də ölüm faktı qeydə alınıb
Aprelin 27-də Səbail rayon sakini, 1970-ci il təvəllüdlü Əliyev Gennadi Qəzənfər oğlu İstiqlaliyyət küçəsi 45 ünvanının qarşısında qəfil yıxılıb. O, təcili tibbi yardım briqadası gələnədək keçinib. İlkin müayinədən sonra G.Əliyevin ürək tutmasından vəfat etdiyi məlum olub. Qeyd edək ki, G.Əliyev Əfəndiyev küçəsində yaşayırmış.
Mediainfo.az
Digər xəbərlər