
Dost qatilinə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Namiq Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Apa-nın məlumatına görə, məhkəmənin hökmü ilə N. Babayev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N. Babayev dostu Boris Gennadiyeviç Jarovu bıçaqlayaraq qətlə yetirib. İlkin dindirmə zamanı Namiq Borisin onu təhqir etdiyini və buna görə aralarında dava düşdüyünü deyib.
Mediainfo.az
Digər xəbərlər