
Qəzada ölən və yaralananlar var
Dünən saat 11 radələrində Sabunçu qəsəbəsində 1956-cı il təvəllüdlü Yaşar Mehdi oğlu Məmmədovun idarə etdiyi "İnfiniti" markalı, 1982-ci il təvəllüdlü Habil Əli oğlu Bayramovun idarə etdiyi 148 saylı xətt üzrə hərəkət edən "İsuzu" markalı avtobus və 1994-cü il təvəllüdlü İsfəndiyar Mikayıl oğlu Abdullayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə İ.Abdullayev və sərnişini - atası 1963-cü il təvəllüdlü Mikayıl Əziz oğlu xəstəxanaya daxil olub, İ.Abdullayev xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər