
Sabunçuda bir nəfəri ölümcül bıçaqlayanlar axtarışdadır
Sabunçu rayonu Muxtarov qəsəbəsi, 4-cü mədən küçəsində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Səxavət İlyas oğlu Məmmədov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. S. Məmmədov ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hazırda polis hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində iş aparır.
Mediainfo.az
Digər xəbərlər