
"Rahat" marketdə qanlı olay!
Fəhlə ekskalatorun çarxı arasında qalıb öldü
Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən və sabah açılışı planlaşdırılan "Rahat" marketdə işləyən fəhlə 1990-cı il təvəllüdlü Qurbanov Ruslan Taleh oğlu eskalatorun arasında qalıb. O, hadisə yerindəcə dünyasını dəyişib. Bildirilir ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Yeni quraşdırılmış lift yoxlanış üçün istismara buraxılarkən məlum olay yaşanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib, araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər