"Zaminbank"ın müdirini bıçaqlayan şəxs həbs edildi!

"Zaminbank"ın müdirini bıçaqlayan şəxs həbs edildi!

23 Aprel 2015 11:25
Bəyəndim (0) Bəyənmədim (0)
Fakt üzrə istintaq davam etdirilir

Aprelin 22-nə keçən gecə "Avropa" otelində qətl törədən şəxs - 1987-ci il təvəllüdlü Quliyev Sənan Təvəkkül oğlu bu gecə yaxalanaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, aprelin 22-nə keçən gecə Nəsimi rayonu ərazisində yerləşən "Avropa" otelinin idman zalında Bakı şəhər sakinləri Azər Məmmədov və Ruslan Əfəndiyevi bıçaqlanıblar. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.

Onu da qeyd edək ki, A.Məmmədov "Zaminbank"ın filial müdiri olub. Digər bıçaqlanan R.Əfəndiyev isə idman ustası, qarışıq döyüş idman növü üzrə məşqçidir. Məlumata görə, otelin idman zalında məşq edərkən A.Məmmədovla S.Quliyev və qarışıq döyüş növləri üzrə məşqçi R.Əfəndiyev arasında mübahisə yaranıb. A.Məmmədov onları sakitləşdirməyə çalışıb. S.Quliyev bıçaqla məşqçini və Azəri vuraraq hadisə yerindən qaçıb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Mediainfo.az