Əcnəbinin mənzilindən külli miqdarda pul oğurlanıb

Əcnəbinin mənzilindən külli miqdarda pul oğurlanıb

22 Aprel 2015 17:30
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda mənzildən oğurluq edilib. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Badamdar qəsəbəsində yaşayan 1970-ci il təvəllüdlü İordaniya Krallığı vətəndaşı Rassam Omar aprelin 18-də polisə ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs və şəxslər eyvandan mənzilə daxil olaraq 40 min manat pul oğurlayıb.

Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.

Mediainfo.az