Avtomobil oğruları tutuldu

Avtomobil oğruları tutuldu

22 Aprel 2015 14:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Suraxanı rayonunda avtomobil oğurluğu edənlər yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, aprelin 20-də Osman Cəbrayılovun "Lada-Priora" markalı avtomobilini soyğunçuluq yolu ilə alınıb. Həmin gün avtomobil M. Ə. Rəsulzadə qəsəbəsi ərazisində hərəkətdə olması Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən müəyyən edilib.

Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşları tərəfindən avtomobil həmin gün qeyd olunan ərazidə saxlanılıb. Avtomobil Bakı şəhər sakini Azər Məmmədov tərəfindən saxlanılıb.

İstintaq araşdırması soyğunçuluq yolu ilə almış qrupun digər üzvləri müəyyənləşib. Keçirilən əməliyyat zamanı Bakı şəhər sakinləri Zamin Abdullayev və Məhərrəm Abdullayev tutulublar.

Mediainfo.az