
Məktəb direktorunun evindən 28 minlik oğurluq
Lənkəranda oğurluq hadisəsi baş verib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) Apa -nın cənub bürosuna verilən məlumata görə, hadisə rayonun Xolmili kəndində qeydə alınıb. Naməlum şəxs və ya şəxslər kənd orta məktəbinin direktoru Qasım Əliyevə məxsus fərdi yaşayış evinə pəncərədən daxil olmaqla mənzildən 28 min ABŞ dolları oğurlayıblar. Hadisə baş verərkən evdə heç kəs olmayıb.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırmalara başlanıb. Oğurluq hadisəsinin üstünün açılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri görülür.
Mediainfo.az
Digər xəbərlər