Rusiyada qətl törətdi,  Azərbaycanda tutuldu

Rusiyada qətl törətdi, Azərbaycanda tutuldu

22 Aprel 2015 13:50
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanılıb. Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyada axtarışda olan Elsevər Qəhrəmanov tutulub.

Onun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) üzrə təqsirli bilindiyi bildirilib.

Mediainfo.az