
Bibisi qızını bışaqlayan İmişli sakini həbs edilib
Ötən gecə saat 24.10 radələrində İmişli rayonunun Qaragüvənlikli kəndində cinayət hadisəsi qeydə alınıb. Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Tağıyev Vüsal Atamoğlan oğlu şəxsi mübahisə zəminində bibisi qızı, 1994-cü il təvəllüdlü Hüseynova Emilya Bahadır qızını kürək nahiyəsindən bıçaqlayıb. E. Hüseynova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Vüsal Tağıyev həbs edilib. Fakta bağlı İmişli rayon Prokurorluğunda cinayət işi açılıb araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər