
Oğuzda lisenziyasız fəaliyyət göstərən baytarlıq apteki aşkarlanıb - FOTO
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən Oğuz rayonunda fəaliyyət göstərən baytarlıq apteklərində monitorinq keçirilib.
Monitorinqin keçirilməsində əsas məqsəd lisenziya olmadan fəaliyyət göstərən baytarlıq apteklərinin fəaliyyətini müvəqqəti dayandırmaq, apteklərdə qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatlarının, yem və yem əlavələrinin satışının qarşısını almaqdır.
Monitorinq zamanı Oğuz rayonunda lisenziyasız fəaliyyət göstərən baytarlıq apteki aşkarlanıb. Həmin aptekdə qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatları, yem və yem əlavələrinə təsadüf edilməyib. Bu aptekin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Mediainfo.az