
Quldurlara hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Rizvan İsmayılov və Miralim Həbiblinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məlumata görə, prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, onlar Gürcüstan vətəndaşı Hüseyn Vəliyevə qarşı hədə-qorxu gəlib pulunu almaqda təqsirli biliniblər.
Mediainfo.az
Digər xəbərlər