
Soyğunçuluqla avtomobil alan şəxs tutuldu
Bakıda soyğunçuluq yolu ilə avtomobil alan şəxs tutulub.Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, aprelin 18-də Osman Cəbrayılovdan soyğunçuluq yolu ilə alınmış "Lada-Priora" markalı avtomobilin M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən müəyyən edilib.
Suraxanı RPİ 33-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Azər Məmmədov tutulub.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Mediainfo.az
Digər xəbərlər