Maskalılar ev sahibəsinin əl-qolunu bağlayıb, mənzili soydular

Maskalılar ev sahibəsinin əl-qolunu bağlayıb, mənzili soydular

21 Aprel 2015 13:14
Bəyəndim (0) Bəyənmədim (0)

Xətai rayonu, General Şıxlınski küçəsindəki bina evində yaşayan 1991-ci il təvəllüdlü Əliyeva Xatirə Adil qızı başına gələnlərlə bağlı polisə müraciət edib. 24 yaşlı qadın bildirib ki, aprelin 20-də yaşadığı mənzildə tək olarkən bir otaqdan digərinə keçib. Bu zaman o, otaqda iki nəfər maskalı şəxs görüb. Həmin şəxslər dərhal X.Əliyevanı tapança ilə hədələyərək tutub, əl-qolunu, eləcə də ağızını yapışqan lentlə bağlayıblar.

Şikayətçinin sözlərinə görə, maskalı şəxslər onu tapança ilə yanaşı elektroşok alətinə oxşayan cihazla da hədələyiblər və pulların yerini deməsini tələb ediblər. Onlar mənzildən ümumilikdə 15 min manat dəyəri olan qızıl əşyalar, 8 min dollar və 1500 manat nağd pulu götürərək aradan çıxıblar. Hazırda müraciət əsasında araşdırmalar aparılır. (lent)

Mediainfo.az