Arvadını güllələyən 1-ci qrup əlil həbs edildi

Arvadını güllələyən 1-ci qrup əlil həbs edildi

21 Aprel 2015 12:08
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində aprelin 20-də saat 10.00 radələrində Məhəmməd Əmin Rəsulzadə qəsəbəsinin H. Məmmədquluzadə küçəsində yerləşən evdə ailə məişət zəminində yaranmış mübahisə nəticəsində "Toz-34" markalı, 12 çaplı qoşalülə ov tüfəngindən atəş açaraq arvadı Heyran Məmmədovanı qətlə yetirməkdə şübhəli bilinən 1-ci qrup əlil, 1949-cu il təvəllüdlü İsgəndər Abbas oğlu Məmmədov tutulub.

Qeyd edək ki, hadisə ilə əlaqədar yayılan ilk məlumatda 68 yaşlı İskəndər Məmmədovun ov tüfəngi ilə özünü öldürmək istəyərkən ehtiyatsızlıqdan həyat yoldaşını vurduğu, nəticədə 60 yaşlı Heyran Məmmədovanı öldürdüyü bildirilib. Polisdən deyilib ki, hadisəni törədən kişinin ayaqları yoxdur.

Mediainfo.az