
İran vətəndaşı həyat yoldaşının başına çəkiclə vurub, onu xəstəxanalıq etdi
Aprelin 18-də Bakıda əcnəbi ölkə vətəndaşı həyat yoldaşına xəsarət yetirib. Nəsimi rayonu İ.İsmayılov küçəsində yerləşən mənzildə İran İslam Respublikasının vətəndaşı, 1980-cı il təvəllüdlü Həsənzadə Rəsul Abdulla oğlu həyat yoldaşı, 1987-ci il təvəllüdlü Əsgərzadə Sevinc İsgəndər qızına küt alətlə xəsarətlər yetirib. O, xanımının başına çəkiclə çoxsaylı zərbələr endirib. S.Əsgərzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (lent)
Mediainfo.az
Digər xəbərlər