Qaxda faciə baş verib
Ötən gün axşam saatlarında Qax rayonunun Malax kəndində faciə baş verib. 10 yaşlı Şərifov Elnur Elçin oğlu yaşadığı evin həyətindəki meyvə ağacına çıxıb və orada onu elektrik cərəyanı vurub. Uşaq xəstəxanaya çatdırıla bilməyib, elə yoldaca dünyasını dəyişib. Faktla bağlı Qax rayon Prokurorluğunda araşdırma aparılır.
Uşaqlardan muğayat olun. Axı, onlar bizim gələcəyimizdir.
Könül Aypara
O.M.
Digər xəbərlər