Qubada oğul anasını bıçaqlayıb

Qubada oğul anasını bıçaqlayıb

4 İyul 2011 11:14
Bəyəndim (0) Bəyənmədim (0)

Quba rayonunun Vladimirovka kəndində bıçaqlanma qeydə alınıb. APA-nın məlumatına görə, kənd sakini Nurulla Nurullayev ailə daxili münaqişə zəminində öz anasına, 1936-cı il təvəllüdlü Nurullayeva Zabitə Əlövsət qızına 5 bıçaq zərbəsi endirib. Döş qəfəsi, qarın və çiyin nahiyələrindən ağır bədən xəsarətləri alan Z. Nurullayeva təcili Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsindən verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır. Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Ona həyat verən anasının həyatına son qoymaq istədi.

Tofiq Əliyev

O.M.