Dənizdən tapılan qızcığazın kimliyi bəlli olub

Dənizdən tapılan qızcığazın kimliyi bəlli olub

20 Aprel 2015 13:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə gün əvvəl Bakıda dəniz sahilində tapılan körpə qız meyitin kimliyi müəyyən edilib. Araşdırmalar nəticəsində Bibiheybətdə dəniz sahilində meyiti aşkar edilmiş körpə qızın 3 yanvar 2013-cü il tarixində anadan olmuş və Şağan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 36-da yaşamış Mirzəyeva Cəmilə Ramil qızı olması müəyyən edilib. 2 yaşlı qızın hansı şəraitdə və nə vaxt dənizə düşməsi, eləcə də digər suallar ətrafında araşdırmalar davam etdirilir.

Mediainfo.az