Nərimanov rayonunda quldurluq edən şəxslər yaxalanıb

Nərimanov rayonunda quldurluq edən şəxslər yaxalanıb

20 Aprel 2015 11:50
Bəyəndim (0) Bəyənmədim (0)

Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 18-ə keçən gecə Təbriz küçəsində yerləşən Qarabağ mehmanxanasının həyətində Bakı şəhər sakini Tarıyel Axundovu bıçaqla hədələyərək 6 manat pulunu, brilyant qaşlı qızıl üzüyünü, gümüşdən olan üzüyünü, boyunbağını, qolbağını və qol saatını alaraq ona qarşı quldurluq etməkdə şübhəli bilinənlər, Salyan rayon sakinləri - 1997-ci il təvəllüdlü Xanbala Vüqar oğlu Qurbanov, 1996-cı il təvəllüdlülər Xəyal Vüqar oğlu Səmədov və Yusif Aslan oğlu Əliyev tutulublar.

Mediainfo.az