"Lifan"ın qəzaya uğraması nəticəsində üç sərnişin dünyasını dəyişib - SİYAHI

"Lifan"ın qəzaya uğraması nəticəsində üç sərnişin dünyasını dəyişib - SİYAHI

18 Aprel 2015 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Nizami Rayon Polis İdarəsi mətbuat xidmətindən verilən məlumata görə, sürücüsü məlum olmayan "Lifan" markalı avtomobilin qəzaya uğraması nəticəsində avtomobildə olan Bakı şəhər sakinləri, 1954-cü il təvəllüdlü Akif Səlim oğlu Səlimov, 1990-cı il təvəllüdlü Zaur Sərvər oğlu Əmirov və onun əmisi oğlu, 1985-ci il təvəllüdlü Anar Sərdar oğlu Əmirov hadisə yerində ölüblər.

Qeyd edək ki, ötən gün Ziya Bünyadov prospektində "Lifan" markalı avtomobil işıq dirəyinə çırpılıb.

Mediainfo.az