Qadın kişini qarət etdi

Qadın kişini qarət etdi

17 Aprel 2015 15:12
Bəyəndim (0) Bəyənmədim (0)

Quba rayonunda soyğunçuluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə aprelin 15-də Quba rayonunun Qırmızı qəsəbəndə qeydə alınıb. Qusar rayon sakinləri, əvvəllər məhkum olunmuş Qızbahar Qəribova və Rəşad Hacıyev Qırmızı qəsəbə sakini Asəf Abdullayevə zor tətbiq edib 100 manatını və mobil telefonunu alıblar.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qızbahar Qəribova və Rəşad Hacıyev saxlanılıblar.

Mediainfo.az