
"Azərişıq" idarəsinin əməkdaşını cərəyan vurdu
Balakən rayonunun Katex kənd sakini, 1955-ci il təvəllüdlü Şahruddin Mollaəli oğlu Atayev elektrik cərəyanının vurması xəsarətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsindən sonra Ş. Atayevə sifətin və sol budun elektroşok travması diaqnozu qoyulub. Xəstəxananın travmatologiya şöbəsində müalicə alan Ş. Atayevin vəziyyəti orta-ağır qiymətləndirilir.
Ş. Atayev yaşadığı evdə elektrik naqillərini təmir edən zaman onu elektrik cərəyanı vurub. O, "Azərişıq" ASC Zaqatala rayon Paylayıcı Elektrik Şəbəkəsində montyor işləyir. Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər