Sərxoş halda özünü bıçaqlayan Gədəbəy sakini xəstəxanaya yerləşdirilib

Sərxoş halda özünü bıçaqlayan Gədəbəy sakini xəstəxanaya yerləşdirilib

17 Aprel 2015 10:31
Bəyəndim (0) Bəyənmədim (0)

Gədəbəy rayonunun Arıqdam kənd sakini, 1973-cü il təvəllüdlü Azər Musa oğlu Qurbanov ayağının damarları və vətəri kəsilmiş vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Məlumata görə A. Qurbanov sərxoş vəziyyətdə özünə bıçaqla xəsarət yetirib. Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Mediainfo.az