Tanınmış jurnalist qətlə yetirilib

Tanınmış jurnalist qətlə yetirilib

16 Aprel 2015 16:36
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın tanınmış jurnalisti Oles Buzina Kiyev şəhərində qətlə yetirilib. Apa-nın "unn.com.ua" saytına istinadən verdiyi məlumata görə, bu barədə tibb işçisi olan mənbə məlumat verib. Qətl hadisəsi Kiyev şəhərinin Şevçenko rayonunda baş verib. Jurnalist yaşadığı evin girişində güllələnib. Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.

Qətl hadisəsinin baş verdiyini özünün "facebook" səhifəsində Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko təsdiq edib. "Bu dəqiqələrdə Deqtyarevskaya küçəsində məşhur jurnalist Oles Buzina tünd göy rəngli "Ford Focus" markalı avtomobildən açılan atəş nəticəsində faciəli şəkildə qətlə yetirilib. Avtomobil ya Belarus, ya da Latviya dövlət nömrə nişanlı olub. Amma dəqiq Ukrayna nömrəsi deyil",- deyə A.Qeraşenko yazıb.

Bu barədə "Sağ sektor"un sədr müavini Anna Demid də öz "facebook" hesabında yazıb.

==========

Kiyevdə öldürülən ukraynalı jurnalist Sergey Suxobokun qatili saxlanılıb. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin paytaxt idarəsi məlumat yayıb.

Araşdırma zamanı məlum olub ki, "Obkom" və ProUA internet-qəzetlərinin təsisçilərindən biri olan mərhum jurnalist tanışının bağ evində yaşayıb və son bir neçə ayda 2 qonşusu ilə tez-tez davaları olub. Aprelin 12-də onlar içkili və aqressiv şəkildə yenidən S.Suxobokun yanına gələrək növbəti dəfə mübahisə edib, daha sonra davaya başlayıblar. "Əvvəlcə qonşular onu evində döyüblər, daha sonra onu küçəyə çıxararaq ələ salmağa başlayıblar. Nəhayət ölümcül döydükləri jurnalisti hadisə yerində qoyaraq gediblər",- deyə DİN-in məlumatında deyilir. Jurnalistin döyülməsi barədə polisə məlumat martın 13-də daxil olub. S.Suxobok tibbi yardın göstərilən zaman ölüb.

Polis təqsirləndirilən şəxsləri yaşadıqları evdə saxlayıb. Onların geyimləri götürülərək ekspertizaya göndərilib. Saxlanılanlara qarşı ağır bədən xəsarətləri törətmə maddəsi ilə cinayət işi açılıb. Saxlanılan şəxslərə qarşı həbs-qətimkan tədbiri seçilib.

"Obkom" saytının məlumatına görə, təqsirləndirilən şəxslərindən biri 1993, digəri isə 1985-ci il təvəllüdlüdür.

Mediainfo.az